Dərc edilib: 19-05-2020

https://www.nuh.az/24328-.html

Bu gün 19 məsələ müzakirə olunacaq

19.05.2020 09:19:18

Cəmiyyət

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


“Qafqazinfo” xəbər verir ki, iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabatı dinləniləcək.

Həmçinin bir sıra qanun layihələrinə üçüncü oxunuşda baxılacaq.  İnzibati Xətalar Məcəlləsində və “Ünvanlı dövlət sosial   yardımı haqqında”  qanun layihələrinə  təklif edilən dəyişikliklər birinci oxunuşda müzakirə ediləcək.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib