Dərc edilib: 20-05-2020

https://www.nuh.az/24342-.html

Kəmaləddin Heydərovun avtomobili ağır qəzaya düşdü - YENİLƏNİR - FOTO

20.05.2020 20:06:17

Region

Bu gün günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını qəzaya düşüb.

 

  Bizimxeber.az-a daxil olan məlumata görə, hadisə zamanı nazir Heydərov özü də avtomobildə olub. Avtoqaəzada iştirak edən digər maşının markası "Maserati" imiş. Bildirilir ki, mühafizəçilər dərhal naziri başqa bir maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar. Qısa zamanda nazirliyin avtomobili alovlanıb. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib