Dərc edilib: 21-05-2020

https://www.nuh.az/24349-.html

Kəmaləddin Heydərov qəzaya düşdü - Video

21.05.2020 10:18:54

Region

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb.

 

Bizimxeber.az    məlumatına görə, nazirin dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.  

Həmin görüntüləri təqdim edirik:

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib