Dərc edilib: 21-05-2020

https://www.nuh.az/24354-.html

Yeni başçı YAP Gənclər Birliyinin sədridir

21.05.2020 15:16:35

Dünya

Bu gün Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinə başçı təyin edib.

aq

“Qafqazinfo” xəbər verir ki, 1984- cü il təvəllüdlü S. Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 

O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib, 2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, S. Orucov sabiq deputat və rektor Şəmsəddin Hacıyevin kürəkənidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib