Dərc edilib: 22-05-2020

https://www.nuh.az/24356-.html

Əbülfəs Qarayev və Elçin Quliyev istintaqa çağırılacaqmı?

22.05.2020 14:07:51

Hadisə

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevin istintaqa çağırılması istisna edilmir. 


Bizimxeber.az xatırladır ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) rüşvət və korrupsiyaya qarşı mübarizə çərçivəsində hər iki qurumda əməliyyat keçirib və yüksək vəzifəli şəxslər həbs olunub. Bundan sonra Mədəniyyət naziri Əbülfəs Qarayev istefaya göndərilib. Elçin Quliyev isə hələlik vəzifə başındadır.

Mədəniyyət Nazirliyi və DSX-da keçirilən əməliyyatların sıradan bir olay olmadığını nəzərə alsaq, Elçin Quliyevlə Əbülfəs Qarayevin də istintaqa çağırılacağını ehtimal etmək olar. Hər halda hər iki şəxsin müavini həbs edilib. Onların törətdiyi əməllər isə şəxsi motiv daşımır. Bu baxımdan, istər Mədəniyyət Nazirliyinin, istərsə də, DSX-nın həbs edilən yüksək vəzifəli şəxsləri barədə başlanan cinayət işinin istintaqına sabir nazirin və DSX sədrinin də cəlb olunması istisna deyil.

Hələ bu qurumlarda həbslər barədə məlumat yayıldıqdan sonra ictimaiyyət Əbülfəs Qarayev və Elçin Quliyev barəsində hər hansı tədbir görülməməsini qınamışdı.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə Mədniyyət Nazirliyi və DSX-nın birinci şəxslərinin məsuliyyətdən kənarda saxlanılması tənqid edilirdi. Bu şəxslərin ən azı istefaya göndərilməsinə çağırışlar olunurdu. Nəhayət, ictimai təpki öz təsirini göstərdi. Əbülfəs Qarayevin 26 illik nazir kareyrasına son qoyuldu. Oxşar addımın Elçin Quliyevlə bağlı atılacağı da gözlənilir. 

Vahid Məmmədov
Bizimxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib