Dərc edilib: 24-05-2020

https://www.nuh.az/24370-.html

İngiltərəyə 17 milyon dollar aparan azərbaycanlı ər-arvad kimdir?

24.05.2020 23:02:22

İqtisadiyyat

Böyük Britaniyada adları gizli saxlanan ər-arvad tərəfindən "Azərbaycanın pulyuyan maşını” kimi tanınan sxemlə ölkəyə gətirilən azı 14 milyon funt sterlinq (17 milyon dollar) çirkli pulla bağlı məhkəmə keçirilib.
Yeniavaz   xəbərinə görə, bu barədə Britaniyanın "Evening Standard” qəzeti yazıb.
İddia olunur ki, məhkəmə cütlüyün 10-a yaxın bank hesablarını dondurub. Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üçün Azərbaycan hökumətinə sorğu verib.
Məlumatda bildirilir ki, ər-arvadın adları növbəti məhkəmədə açıqlanacaq.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib