Dərc edilib: 26-05-2020

https://www.nuh.az/24387-.html

Azərbaycanda polis intihar etdi

26.05.2020 09:23:47

LIVE

Goranboyda polis intihar edib.


Bununla bağlı Bizimxeber.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, rayonun Buzlaq kənd sakini, 25 yaşlı Məharət Nağıyevin asılmış meyiti tapılıb. Onun ötən gün ailə münaqişəsindən sonra yoxa çıxdığı, bu gün isə Yuxarı Ballıqaya kəndi ərazisindəki meşədə meyitinin tapıldığı qeyd edilir.

M.Nağıyev Xocalı Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib