Dərc edilib: 26-05-2020

https://www.nuh.az/24391-.html

İşıq borcuna görə “Azərişıq”in üç əməkdaşıni güllələdi

26.05.2020 19:08:08

Cəmiyyət

Masallı rayonunda "Azərişıq” ASC-nin əməkdaşları güllələnib.
 report  verdiyi xəbərə görə hadisə rayonun Yeddioymaq kəndində baş verib.
Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.
Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. Digər əməkdaş, Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib