Dərc edilib: 26-05-2020

https://www.nuh.az/24392-.html

Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edildi

26.05.2020 19:40:05

Hadisə

Bu gün bir qrup şəxs Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirməyə cəhd edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb:
"Aksiyaya cəhd zamanı saxlanılan olmayıb”.
E.Hacıyev qeyd edib ki, bir neçə şəxsin saxlanılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib