Dərc edilib: 26-05-2020

https://www.nuh.az/24394-.html

Dəhşətli qəza: Dörd hərbçimiz həlak oldu

26.05.2020 20:25:44

LIVE

Sumqayıt şəhəri ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 4 hərbi qulluqçu həlak olub.


Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib.

TƏBİB-dən bildirilib ki, qəza zamanı 4 hərbçidən əlavə 1 mülki şəxs də həyatını itirib.

Qeyd olunub ki, yaralılardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

*****

09:54

Bakı-Şamaxı avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb.

Belə ki, "Saipa” və "Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib