Dərc edilib: 27-05-2020

https://www.nuh.az/24404-.html

Xalq yazıçısı Anarın yeni imici - Video

27.05.2020 10:21:13

Cəmiyyət

 

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev imicini dəyişib.

Bizimxeber.az xəbər verir ki, AzTV-də yayımlanan "Görüş yeri" verilişinin qonağı olan yazıçının yeni imici maraqla qarşılanıb. Verilişin redaktoru Mintac Elsevər bu barədə paylaşım edib. Onun paylaşdığı videoda 82 yaşlı Anar Rzayevin bığ saxladığı görünür.

Kamilə Babayevanın aparıcısı olduğu verilişdə müharibə illərində Krımda olan Anarın atası Rəsul Rzanın həyat yoldaşı Nigar Rəfibəyliyə yazdığı məktubdan bəhs edilib, duyğulu anlar yaşanıb.

 

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib