Dərc edilib: 28-05-2020

https://www.nuh.az/24419-.html

Yeni mədəniyyət nazirimiz Fərəh xanım Əliyeva

28.05.2020 13:11:30

Günün sitatı

Əbüfəs Qarayevdən sonra kimin mədəniyyət naziri olacağı cəmiyyətimiz üçün  çox maraqlıdır. 


Məşhur bəstəkar  Qara Qarayevin yaxın qohumu Əbülfəs  Qarayevin  rüsvayçılıqla  vəzifədən getməsi cəmiyyətdə xeyli məyusluq yaradıb. 

Çünki   ziyalı  nəslin  belə  rüsvayçı  nümayəndəsinin olması  müəyyən suallar doğurur. 

NUH.az-a daxil olan məlumat görə, yeni mədəniyyət nazirimiz də  ziyalı ailənin nümayəndəsi olacaq. 

Daha dəqiq desək  yeni mədəniyyət nazirimiz  mərhum Şirməmməd Hüseynovun qızı  Fərəh xanım Əliyevadır. 

O, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

Onu da qeyd edək ki, Fərəh xanım Əliyeva  ölkədə reputasiyası ən təmiz, şəffaf məmurdur.  

 

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib