Dərc edilib: 29-05-2020

https://www.nuh.az/24435-.html

Qadın 2 yaşlı oğlunu 7700 dollara satmaq istədi

29.05.2020 08:43:51

LIVE

Qadın 2 yaşlı oğlunu 7700 dollara satmaq istədi

Özbəkistanın Xorezm vilayətinin Koşkupır rayonunda yaşayan 22 yaşlı K. Ş. 2 yaşlı uşağını satmaq istəyərkən tutuldu.

KONKRET.az   xəbər verir ki, Özbəkistan Baş Prokurorluğunun Urqenç şəhər şöbəsinin əməkdaşları tutulma əməliyyatı keçiriblər.

 Bildirilir ki, qadın uşağını 7700 dollara satmaq istəyib.

Qadına qarşı cinayət işi açılıb.

Daha əvvəl bildirilib ki, bu il mayın 19-da Özbəkistanda bir qadın 13 yaşlı oğlunu 15 min ABŞ dollarına satarkən tutulub.

    

NUH informasiya agentliyi səhifəsindən çap edilib