Dərc edilib: 29-05-2020

https://www.nuh.az/24444-.html

Restoran, kafe və çay evlərində xidmət saatları artırıldı

29.05.2020 21:36:59

Hadisə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saatları uzadılır.

Bu barədə Qaynarinfo-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 

Bildirilib ki, xidmət saatları 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla). 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib