Dərc edilib: 30-05-2020

https://www.nuh.az/24448-.html

Nazir rayona yeni rəis təyin etdi

30.05.2020 13:29:31

Region

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Neftçala rayon Dövlət Yol Polis bölməsinə yeni rəis təyin edib.

 Unikal.org  məlumatına görə, nazirin müvafiq əmrinə əsasən, polis mayoru Əsədov Seymur Əsədağa oğlu Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi təyin edilib.
O, 2011-2018-ci illər Saatlı rayon polis şöbəsinin DYP bölməsinin rəisi işləyib.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib