Dərc edilib: 31-05-2020

https://www.nuh.az/24458-.html

Şəki küçələrində dolaşan ayı ilə bağlı VIDEO

31.05.2020 09:39:27

Reportaj

Şəki Regional Ekologiya İdarəsi şəhərdə yolun ortasında peyda olan qonur ayı ilə bağlı açıqlama yayıb.


“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

İdarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün  tədbirlər görür, onun vəhşi təbiətə  qaytarılması üsulları nəzərdən keçirilir.

Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib