Dərc edilib: 31-05-2020

https://www.nuh.az/24461-.html

Vahid Əhmədov Zakir Həsənovu sərt tənqid etdi - “Danışa bilmir”

31.05.2020 14:08:04

Cəmiyyət

Millət vəkili Vahid Əhmədov parlamentin bu gün keçirilən iclasında Müdafiə naziri Zakir Həsənovu sərt tənqid edib.

 


“Qafqazinfo” xəbər verir ki, deputat çıxışında Zakir Həsənovu və Nəcməddin Sadıkovu Azərbaycan dilini təmiz bilməməkdə günahlandırıb:

“Bilirsiniz ki, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsi bizim üçün böyük bəladır. Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qəraragah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın.

Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”.

Millət vəkili Siyavuş Novruzov isə təklif edib ki. ehtiyac yaransa. Müdafiə nazirini bura dəvət edərik o da təkliflərini verər: “Biz hardan bilriik ki, müdafiə naziri Ali Baş komandana öz təkliflərini verməyib?! Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr dedilər ki, Azərbaycan raket atmalıdır, biri dedi, Şuşa bombalanmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil. Müharibə istəyiriksə, bununla bağlı qərar verməliyik”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib