Dərc edilib: 31-05-2020

https://www.nuh.az/24467-.html

Novruzdan bəri işləməyən “mall”lar açıldı - Fotolar

31.05.2020 21:13:23

İqtisadiyyat

Xəbər verdiyimiz kimi, bu gündən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur. Operativ Qərargahın qərarına əsasən, bu tipli məkanların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır. 


“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal bu gün paytaxtdakı iri ticarət mərkəzlərinə baş çəkib. 

Məlum olub ki, “Park Bulvar” , “28 Mall”, “Metropark” və “Port Baku” bu gündən fəaliyyətini bərpa etsə də, “Ganjlik Mall” sabahdan etibarən açılacaq. 

Xatırladaq ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdən dayandırılmışdı.

 







  

NUH informasiya agentliyi səhifəsindən çap edilib