Dərc edilib: 03-06-2020

https://www.nuh.az/24508-.html

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya - Namizədlər

03.06.2020 08:44:54

İqtisadiyyat

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvlüyünə təklif edilən namizədlərin kimliyi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, Milli Məclisin qərarıyla üzvlüyə deputatlar Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşir, Arzu Nağıyev və parlamentin Aparat rəhbəri Səfa Mirzəyevin namizədlikləri irəli sürülüb.

Qeyd edək ki, məsələyə parlamentin iyunun 5-də keçiriləcək iclasında baxılacaq.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib