Dərc edilib: 05-06-2020

https://www.nuh.az/24522-.html

Bakıda tələbə qız intihar etdi - Fotolar

05.06.2020 09:47:24

Hadisə

Bakıda intihar hadisəsi baş verib.

 

 "Report"   məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Nağıyeva Günel Bəhram qızı özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, G.Nağıyeva Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsidir. Hadisə ilə bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin və Nərimanov Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. 

 




  

NUH informasiya agentliyi səhifəsindən çap edilib