Dərc edilib: 06-06-2020

https://www.nuh.az/24529-.html

Bakıda yaşayan, vəzifə tutan erməni qızları- ŞOK FAKTLAR

06.06.2020 12:00:01

Maqazin

Azərbaycanda ermənilər təkcə işğal altındakı Dağlıq Qarabağ ərazisində yaşamırlar.  Araşdırmalara görə, hazırda Dağlıq Qarabağ istisna olmaqla, ermənilərin Azərbaycan ərazisində ən çox yaşadığı ərazi Bakı şəhəridir. Bəzi məlmatlarda Bakı şəhərində 20 mindən, digər məlumatlarda isə bundan da çox – 30 min erməninin yaşadığı bildirilir.

Bunu Azərbaycanın ayrı-ayrı dövlət rəsmiləri, deputatları da müxtəlif vaxtlarda beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdə bildiriblər.
Araşdırmalar göstərir ki, Bakıda yaşayan ermənilərin böyük bir hissəsi azərbaycanlıların həyat yoldaşları, onların ailə üzvləri, qohumlarıdır. Digər hissəsi ad və soyadlarını dəyişib ruslar, yəhudilər kimi yaşayırlar. Dini və etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən Bakı ermənilərinin hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutduğu da heç kimə sirr deyil. 
2009-cu il aprel ayının 13-dən 22-dək həyata keçirilən siyahıyaalınmada cəmi 100 nəfər Bakı ermənisi öz milli kimliklərini gizlətməyib. 
Bəs Bakıda yaşayanlar...?
Belə görünür ki, hazırda Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya yəhudilər, ya da da başqa millətlər kimi...  
Axı siyahıyaalınma zamanı əhalidən hansı milliyətdən olduğu soruşularkən sorğu olunanlar könüllü olaraq hansı milliyətdən olduğunu bildiriblər. 
Bu isə təbii ki, həmişə biclik və hiylə nümayiş etdirən ermənilərə yaxşıca imkan yaradıb ki, milliyətlərini gizlətsinlər...
Məhz milliyətini gizlədərək bu gün azərbaycanlı  ad-soyadını götürməklə vəzifədə işləyən ermənilər var. Bakıda yaşayan ermənilərin bir çoxu ad-soyadlarını hələ 1985-1988-ci illərdə dəyişməyə başlayıblar. Səbəb aydın idi. Hələ o zaman ermənilər gələcək planlarından xəbərdar idilər. Məhz buna görə ad-soyad dəyişdirilməsi gizli şəkildə həyata keçirilir, ad-soyadını dəyişən şəxs ünvanını və iş yerini dəyişməklə yeni həyata başlayırdı. Bu amillər onu deməyə əsas verir ki, bu gün ermənilər azərbaycan, yəhudi, rus milliyəti adı altında Bakıda yaşayırlar. Bu isə gələcək təhlükənin başlanğıcı ola bilər. 
Vətəninfo.az
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib