Dərc edilib: 07-06-2020

https://www.nuh.az/24537-.html

Zamin Hacını polis saxladı

07.06.2020 11:38:56

Hadisə

Köşə yazarı Zamin Hacı Binəqədi Rayon Polis Şöbəsinin 6-cı polis bölməsinə aparılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda xanımı, jurnalist Sevinc Telmanqızı video paylaşıb.
Z. Hacı evinin qarşısından götürülüb, polis maşınına mindirilib.
Səbəb karantin rejimini pozmaq göstərilib. Belə ki, evinin qarşısındakı küçəyə çıxıb idman edən yazarı əraziyə nəzarət edən polislər saxlayıb.
   

NUH informasiya agentliyi səhifəsindən çap edilib