Dərc edilib: 07-06-2020

https://www.nuh.az/24543-.html

Vaşinqtonda son günlərin ən böyük nümayişi keçirilib

07.06.2020 18:50:22

Dünya

ABŞ-ın paytaxtı Vaşinqtonda son günlər ən böyük nümayiş keçirilib. APA–nın TASS-a istinadla məlumatına görə, etirazçılar dinc şəraitdə, festival formasında aksiyada iştirak edib. 


Amerika Birləşmiş Ştatlarının paytaxtının mərkəzi küçələrində nəqliyyatın hərəkəti bağlanıb. Nümayişçilər səsgücləndirici ilə çıxışlar edib. Əsas hadisələr Ağ Evin yaxınlığındakı Lafayette Meydanının qarşısında baş verib.

Qeyd edək ki, etiraz aksiyası ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi ilə bağlıdır. Bu hadisədən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib