Dərc edilib: 10-06-2020

https://www.nuh.az/24559-.html

Sumqayıtda binada uçqun, yaralılar var - Fotolar

10.06.2020 08:44:04

Hadisə

Sumqayıtda yaşayış binasında uçqun hadisəsi baş verib.


 "Report"   xəbər verir ki, hadisə 12-ci mikrorayonda olub.

İlkin məlumata görə, binanın giriş hissəsi uçub. Hadisə zamanı dağıntıların altında qalanların olduğu bildirilir.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

***

Uçqun nəticəsində 1970-ci il təvəllüdlü İdrak Hüseynov və 1967-ci il təvəllüdlü Gülxanım Cəfərova xəsarət alıblar. 

Hadisə zamanı dağıntılar altında daha 3 nəfərin qaldığı bildirilir. Əraziyə xilasedicilər cəlb edilib və hazırda təxliyə işləri aparılır. Bildirilir ki, ərazidən 4-ü azyaşlı olmaqla, 5 nəfər təxliyyə olunub. 

Hadisə yerinə həmçinin hüquq-mühafizə orqanlarının əməkdaşları və Qubadlı Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib. 

 


  

NUH informasiya agentliyi səhifəsindən çap edilib