Dərc edilib: 10-06-2020

https://www.nuh.az/24560-.html

İsakova 18 illik həbs cəzası

10.06.2020 08:55:42

Dünya

Qırğızıstanın keçmiş Baş Naziri Sapar İsakov korrupsiya əməllərinə görə 18 il müddətinə azadlıqdan məhrum edilib. “Qafqazinfo” bildirir ki, bu barədə “24.Kg” nəşri xəbər verib.


Hökm bu gün Bişkekin Pervomay Rayon Məhkəməsi tərəfindən çıxarılıb.

İsakov Bişkekdə Tarix muzeyinin və Çolpon-Atada ippodromun yenidən qurulmasında korrupsiyada təqsirli bilinib. 2019-cu ilin dekabr ayında İsakov Bişkekdə İES-in yenidən qurulması işi üzrə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. İndi həmin müddət daha üç il artırılıb. Həmçinin, keçmiş Baş Nazir dövlətə 247,6 milyon som (3,3 milyon dollar) ödəməli olacaq.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib