Dərc edilib: 10-06-2020

https://www.nuh.az/24569-.html

Cinayətkarları özüm tapmışam, cənab nazir ! Amma...

10.06.2020 16:50:43

Hadisə

Təxminən 1 ay öncə 

 

Bakı şəhəri  Nəsimi rayonu, Mir Qasımov küçəsi ev 18 B ünvanda yaşayan,

 

İ QRUP  ƏLİL, Qarabağ müharibəsi iştirakçısı, Yusifov Məcid  Umud oğlu  ( 050.055- 311-46-46 ) 

 

Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik cənab Vilayət Eyvazova müraciət etmişdi. Müraciətdə qeyd edilirdi: 

 

"Cənab nazir! 

 

Bakı şəhəri Nərimanov  rayonu, Aşıq Molla Cümə küçəsi, 25 ünvanda yerləşən  NƏQŞİCAHAN  ailəvi kafe mənim şəxsi mülkiyyətimdədir. 

2019-cu il  iyun-avqust  aylarında səhhətimlə bağlı xaricdə olmuşam.


07.08.2019-cu il tarixdə oğlum Yusifov Nizami  kafeni başqa bir şəxsə icarəyə vermək üçün kafeyə gedərək  kafenin giriş qapısını açarkən içəridəki qapının sındırıldığını və bütün əmlakın oğurlandığını görüb mənə zəng elədi. Mən oğluma dedim ki, təcili  102 xidmətinə zəng elə və məlumat ver. Oğlum 102-yə zəng edərək məlumat verdiyini mənə  bildirdi. 

Məlumat üçün onu da bildirim ki, mən obyektin açarını etibar etdiyim , köhnə tanışım müğənni Ağacana vermişdim. 

Mənim əmlakımın oğurlanmasında konkret olaraq Ağacandan şübhələnirəm və bu barədə Nərimanov RPİ-nin müstəntiqinə məlumat vermişəm. 

Amma bu günədək heç bir nəticə olmayıb. 

 

Cənab nazir !

 

Nərimanov RPİ-nin əməkdaşları təhqiqat zamanı əl izlərini götürüblər, cinayətkarların istifadə etdikləri alətləri tapıblar, hadisə yerinin şəkillərini çəkiblər və mənə 46 min manat  ziyanın dəydiyi təsdiq  olunub. 

Əlavə olaraq  1600 manat dəyərində NZS  pivə aparatının oğurlandığı da təsdiqlənib. Bütün bunlara baxamayaraq  bu günədək mənə heç bir rəsmi məlumat  verilməyib  və müstəntiq mənə deyir ki, get hara istəyirsən şikayət elə. 

Mən məcbur olub Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə  zəng etmişəm və məlumat vermişəm.

Özüm yataq xəstəsi olduğum üçün dövlət qurumlarına getməyə fiziki imkanım yoxdur. 

Korrupsiyaya qarşı mübarizə idarəsindən  mənə məlumat gəldi ki, araşdırıb sizə məlumat verəcəyik.


Cənab nazir !


Sizdən xahiş edirəm ki, cinayətkarların tapılması, məsuliyyətə cəlb olunması,  mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün göstəriş verəsiniz.

 

Dərin hörmətlə, Yusifov M.U. 

                                                 * * * 

 

Bu gün  Məcid Yusifov NUH.az-ın əməkdaşına bildirib ki, özüm xeyli araşdırma aparandan sonra cinayətkarları müəyyən etmişəm və  bu barədə Nərimanov RPİ-yə, konkret olaraq müstəntiq  Rəfael Cəfərova məlumat vermişəm: " Ancaq müstəntiq  işi obyektiv aparmaq istəmir. Mən indi nə edim, cənab nazir ? Cinaətkarları özüm axtarıb tapmışam. Xahiş edirəm bu işi öz nəzarətinizə götürün, cənab Vilayət Eyvazov". 




NUH informasiya agentliyi səhifəsindən çap edilib