Dərc edilib: 11-06-2020

https://www.nuh.az/24581-.html

Prezident açılışa qatıldı - Fotolar

11.06.2020 14:56:53

Siyasət

Prezident İlham Əliyev iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib.


“Qafqazinfo” xəbər verir ki, “Əhmədli” yarımstansiyası tamamilə yenidən qurulub, buradakı transformatorlar yeniləri ilə əvəzlənib, yarımstansiyanın bütün qurğuları müasir səviyyəyə çatdırılıb. Yenidənqurma işləri zamanı yarımstansiyanın idarəetmə binası da inşa olunub. Yarımstansiya Suraxanı, Xətai və Nizami rayonlarında əhalini, sosial, iqtisadi və sənaye müəssisələrini fasiləsiz elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyev “Əhmədli” yarımstansiyasını işə salıb.

 







 

NUH informasiya agentliyi səhifəsindən çap edilib