Dərc edilib: 12-06-2020

https://www.nuh.az/24588-.html

Türkiyədə axtarışına 1 milyon lirə ayrılan terrorçu məhv edildi

12.06.2020 08:22:14

Reportaj

Türkiyə tərəfindən axtarışda olan Firaz Amed ləqəbli təhlükəli terrorçu İzzet Yiğit Elazığın Arıcak rayonunun Göresedağı bölgəsində keçirilən antiterror əməliyyatında məhv edilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, terrorçu İ.Yiğit üç il əvvəl Diyarbəkirdə 16 mülki şəxsin öldüyü və Elazığda 3 polis zabitinin şəhid edildiyi terror aktlarına və digər cinayətlərə görə ittiham olunurdu. Onun axtarışı üçün 1 milyon türk lirəsi (təxminən 146 min ABŞ dolları) vəsait ayrılmışdı.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib