Dərc edilib: 12-06-2020

https://www.nuh.az/24598-.html

Pulumuzu ver, Zakir Fərəcov !

12.06.2020 16:45:56

Region

Qubadlı rayonu, Qaracallı kənd sakini olan iş adamı  Səfərov  Həsi  Xasay oğlu  NUH.az-a bildirib ki, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam: " Əsas işim abadlıq və quruculuq işləri ilə məşğul olmaqdır". 

 

Qubadlıdan olan iş adamı bildirib ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı  Zakir Fərəcovun təşəbbüsü ilə Sumqayıt şəhərinin  abadlaşdırılmasında öz işçilərimlə yaxından iştirak etmişəm. Və gördüyüm işlərin qarşılığında mənə və tabeçiliyimdə olan işçilərə, fəhlələrə, ustalara çatacaq halal pulu ala bilməmişəm.  Və bu günədək etdiyim müraciətlərə baxmayaraq  Zakir Fərəcov  bizim halal əmək haqqımızı vermir.  

 

Həsi Səfərov  müraciətində bildirir ki, gördüyüümz işlərə görə, ticarət obyektlərindən nisyə mal-material götürmüşük və bugünədək  pulunu ödəyə bilmirik. 

 

Zərərçəkən Həsi  Səfərov  dövlət  başçısı İlham Əliyev cənablarından  xahiş edir ki, ona və tabeçiliyindəki işçilərə çatacaq  halal əmək haqqının alınması üçün göstəriş versin. 

 

Redaksiyadan: Məlumat üçün bildirək ki, Zakir Fərəcovdan öz halal pullarını tələb edən iş adamlarının sayı günbəgün artır. 

 


 


 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib