Dərc edilib: 14-06-2020

https://www.nuh.az/24613-.html

Ceyranbatan su anbarında yanğın başladı (FOTO)

14.06.2020 16:01:54

Günün sitatı

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub. 

Bu barədə Qaynarinfo-ya FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.

Fotolar Report.az-ındır.

  

 

 

  

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib