Dərc edilib: 15-06-2020

https://www.nuh.az/24631-.html

İcra başçısı karantin qaydalarını belə pozdu - Foto

15.06.2020 23:10:17

İdman

Qanvermə aksiyasına qoşulan icra başçısı karantin rejimini pozub.

 

 Salyan rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov karantin rejiminin qaydasını pozub.

Belə ki, icra başçısı qanvermə aksiyasında iştirak edərkən tibbi maska taxmayıb. Bu da, karantin rejiminin pozulması deməkdir. Karantin rejiminə görə, qapalı yerlərdə tibbi maska taxmaq məcburidir.

Prezident İlham Əliyev belə qapalı məkanlarda tibbi maskadan istifadə etdiyini bildirib və hər kəsi buna əməl etməyə çağırıb.   /Yenicag.az

 

İcra başçısı karantin qaydalarını belə pozdu - Foto

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib