Dərc edilib: 17-06-2020

https://www.nuh.az/24643-.html

“Musa Musayev səs toplaya bilməmişdi” – Siyavuş Novruzov

17.06.2020 14:23:13

Maraqlı

YAP-ın qurucu üzvlərindən biri, keçmiş deputat və icra başçısı Musa Musayev 2005-ci il parlament seçkiləri ərəfəsində baş verənlər, seçkilər dövründə üzləşdiyi hadisələrlə bağlı fikirlərini bölüşüb.

M.Musayev həmin dövrdə YAP icra katibinin müavini Siyavuş Novruzovun da onun parlamentə düşməsinə mane yaratdığını bildirib. 


Bu barədə Unikal.org-a açıqlama verən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib ki, M.Musayevin iddialarının heç bir əsası yoxdur: “Hər şeydən öncə Azərbaycanda seçkilər demokratik qaydada keçirilir.

Deputatı xalq seçir. Həmin dövrdə YAP Musa Musayevin namizədliyini irəli sürmüşdü, lakin səs toplaya bilmədiyi üçün deputat seçilmədi. Onu da qeyd edim ki, o, seşkidə sıralamaya görə səkkizinci yerdə idi. Bu səbədən də Musa Musayevin kimisə nədəsə ittiham etməsi yanlışdır”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib