Dərc edilib: 17-06-2020

https://www.nuh.az/24647-.html

11 il keçsə də, hələ də Türkiyədə onlara maraq var

17.06.2020 16:43:05

Region

Türkiyədə populyar olan “Eurovision” mahnılarının siyahısı açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, statistikanı müsabiqənin qonşu ölkə üzrə nümayəndəliyi yayıb.


Təqdim olunan siyahıda 10 müğənninin adı qeyd olunub. Onlar arasında Azərbaycanı 2009-cu ildə Rusiyada təmsil edən Aysel Teymurzadə və Araş da var. Cütlüyün “Always” mahnısı Türkiyədə sevilən 4-cü layihə kimi təqdim edilib.

Bildirilib ki, bəstə “Billboard Türkiyə” siyahısında 11-ci, “Number One FM”də 18-ci yerdə qərarlaşıb. Bundan əlavə mahnı bəzi xəbər proqramlarının fon musiqisi olaraq istifadə olunub. Mahnıya marağı “Youtube”da yazılan şərhlərdən də aydın görmək mümkündür.

Siyahıda birinci yeri Alexander Rybak (Norveç- “Fairytale”), ikinci yeri Helena Paparizou (Yunanıstan- “My Number One”), üçüncü yeri isə Len ( Almaniya - “Satellite”) tutub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib