Dərc edilib: 18-06-2020

https://www.nuh.az/24652-.html

Xalq rəssamı vəfat etdi

18.06.2020 10:24:35

Hadisə

Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də 79 yaşında vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olub. Xalq rəssamı əsasən kino və geyim rəssamlığı sahəsində tanınıb, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaradıb. “Nizami”, “Nəsimi”, “Babək” və digər kimi 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olub. O, 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib