Dərc edilib: 18-06-2020

https://www.nuh.az/24654-.html

Nursultan Nazarbayev də koronavirusa yoluxdu

18.06.2020 13:38:08

Maraqlı

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev koronavirusa yoluxub. 

Qaynarinfo xəbər verir ki, bu barədə onun Twitter-dəki nümayəndəsi Aidos Ukibay məlumat verib.
İndi keçmiş dövlət başçısı özünü təcrid etmək üzrədir. Nümayəndəsinin dediyi kimi, narahatlığa səbəb yoxdur. Distant işləməyə davam edir.
Qeyd edək ki, bir qədər bundan əvvəl Qazaxıstan COVID-19-da yaranan fəsadlara görə karantin məhdudiyyətlərini bərpa edib. Beləliklə, həftə sonu altı böyük şəhərdə ictimai yerləri, həmçinin ticarət mərkəzlərini və fitness klubları bağlanacaq.
Bundan əlavə, ölkənin Maliyyə naziri Yerulan Jamaubaev də koronaviruslu xəstəylə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib