Dərc edilib: 18-06-2020

https://www.nuh.az/24655-.html

Azərbaycanın yeganə kolxozunda maraqlı təsərrüfat ənənəsi (FOTO/VİDEO)

18.06.2020 13:54:08

Reportaj
Azərbaycanın yeganə kolxozunda maraqlı təsərrüfat ənənəsi (FOTO/VİDEO)
Belə ki, sakinlər əkin sahələrində işə başlamazdan öncə dualar edir və bu yolla məhsuldarlığın yüksək olacağına inanırlar. İsmayıllının İvanovka kəndində taxıl biçinindən öncə xüsusi dini ayinlər oxunur. Bu, malakanlar tərəfindən əsrlərdir qorunub saxlanılan ənənədir. Kəndin ağsaqqalları məhsulun bol, bərəkətli olması, fəlakətlərdən qorunması üçün allaha dua edirlər. 
"Dünyanın tək sahibi olan Uca Allahdan məmləkətimiz, güclənən dövlətimiz və xalqımızı qorumağı diləyirik. Bərəkətimiz bol, sağlığımız möhkəm olsun!” - duaları ayinlərin əsas məğzini təşkil edir.
Nikitin adına kolxozun ərazisində ümumən 3 700 hektarlıq sahədə taxıl əkilib. Məhsulun təxminən 30 sentner həcmində gözlənilir. 
Biçiləcək ot sahəsi 280 hektardır. İndiyə qədər silos üçün 1 425 tonluq ot əldə olunub. Sakinlər inanırlar ki, məhsuldarlığın bu cür bol olmasında təsərrüfat ayininin, o cümlədən duaların rolu böyükdür. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib