Dərc edilib: 18-06-2020

https://www.nuh.az/24659-.html

Səlim Müslümovun da “Azəriqaz”a borcu var imiş - 200 min manat...

18.06.2020 16:33:44

Maqazin

Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələrlə ödənişdən yayınıb...

Ağsu şəhəri Koroğlu küçəsində yerləşən, keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə “Azəriqaz”a 200 min manatdan çox borcu var.
 sozcu.az   məlumata görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada fəaliyyətə başlayandan bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olub.
Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələrlə ödənişdən yayınıb.
“Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda “Aqrotexsevis” MMC, daha sonra isə, naməlum səbəbdən türk iş adamına verilərək adı “Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmadan qalıb.
Əldə etdiyimiz məlumata görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazı qoşdurmağa nail olub.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...

NUH informasiya agentliyi səhifəsindən çap edilib