Dərc edilib: 19-06-2020

https://www.nuh.az/24667-.html

Xruşşovun oğlu dünyasını dəyişdi

19.06.2020 09:47:15

Maraqlı

Sovet İKP MK-nın Baş katibi Nikita Xruşşovun oğlu Sergey Xruşşov 85 yaşında ABŞ-da dünyasını dəyişib.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə keçmiş diplomat və ailənin dostu Mark Harrison bildirib. Məlumatı Sergey Xruşşovun nəvəsi Nina da təsdiqləyib. Onun hansı səbəbdən ölməsi dəqiqləşdirilir.

Qeyd edək ki, Sergey Xruşşov 1990-cı illərdə ABŞ-a köçüb. O, 1999-cu ildə ABŞ vətəndaşlığı alıb. Bu ilin yanvarında Sergey Xruşşovun keçmiş həyat yoldaşı Qalina Şumovanın Moskvadakı mənzildə meyiti tapılmışdı. Onun ürəktutmadan öldüyü bildirilmişdi.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib