Dərc edilib: 19-06-2020

https://www.nuh.az/24672-.html

“Maskanın qiymətini 5 qəpik etmək lazımdır”

19.06.2020 16:35:25

Cəmiyyət

“Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur”.


“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə deyib. O qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir: “Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. 

Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Qoy xüsusilə də avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri olmasın. Lazım olsa Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik”.

Deputat əlavə edib ki, ölkədə pandemiya ilə bağlı vəziyyət kritikdir: “Əgər biz iki həftə ərzində qaydalara əməl etməsək, bunun hansısa ciddi fəsadları üzə çıxa bilər”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib