Dərc edilib: 19-06-2020

https://www.nuh.az/24673-.html

Daha bir icra başçısı koronavirusa yoluxdu

19.06.2020 21:54:23

Kriminal

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov koronavirus (COVİD-19) infeksiyasına yoluxub və o, hazırda xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

 

Virtualaz.org   xəbər verir ki, Tovuz İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətini məsafədən həyata keçirir.

Virusa yoluxan icra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Xatırladaq ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib