Dərc edilib: 20-06-2020

https://www.nuh.az/24676-.html

Gürcüstan koronavirusun “kökünü kəsdi” – Cəmi 2 yoluxma

20.06.2020 15:02:06

Region

Qonşu Gürcüstanda koronavirus epidemiyasının yayılması tamamilə minumuma enib. Bu gün Gürcüstanda cəmi 2 nəfərdə koronavirus aşkar edilib. Virusdan vəfat edən yoxdur. 

Qeyd edək ki, 4 milyona yaxın əhalisi olan Gürcüstanda indiyədək 898 koronavirusa yoluxma aşkarlanıb. Onlardan 752-i sağalıb, 14-ü vəfat edib. Hazırda 132 nəfərin müalicəsi davam etdirilir. Ölkədə həyat ritmi normallaşmaqdadır.

Bizimxeber.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib