Dərc edilib: 21-06-2020

https://www.nuh.az/24688-.html

Xəzərdə uşağı xilas edərkən boğulan bank müdiri

21.06.2020 10:06:24

LIVE

Bu gün Bakıda dənizdə boğulan Məmmədov Yusif İsak oğlu tanınmış bankların birində işləyib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1980-ci il təvəllüdlü Yusif Məmmədov “Xalq Bank”da filial müdiri olub. Yaxınları onun dənizdə uşağı xilas edərkən boğulduğunu bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib