Dərc edilib: 21-06-2020

https://www.nuh.az/24692-.html

Hərb yolunun alternativi yoxdur !

21.06.2020 12:40:51

LIVE

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

 

 

İşqal edilmiş ərazilərimizin azad ediləməsinin
                   hərb yolunun alternativi yoxdur!

Ermənistan rəhbərliyinin, xüsusilə baş nazir N.Paşinyanın,  sərgilədiyi davranışlar göstərir ki, mənfur qonşularımız  nəinki özlərinin işğalçılıq  siyasətindən əl çəkmək, Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına, BMT-nın məlum qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etmək istəmirlər, əksinə, bütün mümkün olan və olmayan vasitələr və qarayaxmalarla  Azərbaycana böhtan atmaq və beləliklə də, özlərinin işğalçılıq siyasətinə haqq qazandırmaq istəyirlər.

Növbəti dəfə belə cəhd iyunun 18-də Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin videokonfrans formatında keçirilən sammitində Nikol Paşinyan tərəfindən   edildi. Mövzudan kənarlaşan Paşinyan  azərbaycanlı zabit Ramil Səfərovun erməni zabitini öldürməsi məsələsini növbəti dəfə qaldırdı və  Azərbaycanı irqçilikdə günühlandırmağa cəhd etdi. Ancaq Paşinyanın ara qarışdırmaq planı yenə alınmadı. Azərbaycan prezidenti Paşinyana ölkəsinin yaxın keçmişini xatırladaraq Ermənistanın terrorçuluğu dövlət səviyyəsində himayə etdiyini faktlarla bir daha dünya ictimaiyyətinin nəzərinə çatdırdı və ona irqçilik haqqında danışmağı məsləhət görmədi.  Azərbaycan Prezidenti sammitdəki çıxışı və Paşinyanın böhtan cəhdinə layiqli cavabı ilə Azərbaycanın işğalla heç vaxt barışmayacağını, ölkəmizin mənfur qonşularımız üzərində psixoloji üstünlüyünü bir daha nümayiş etdirdi və reallıqda Ermənistanın işğalçılıq siyasətinə dəstək verənlərin nəzərinə çatdırdı. 


Ancaq Ermənistanın və qondarma “DQR”-in Qarabağda və işğal edilmiş digər Azərbaycan topraqlarında geniş vüsət alan məskunlaşdırma, tikinti-quraşdırma işlərindən göründüyü kimi, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan  heç vaxt Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə getməyəcək. Ermənistanda nəinki Dağlıq Qarabağı, heç işğal edilmiş digər rayonlarımızı azad etmək istəmirlər. Xristian üçlüyünün, reallıqda Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən dövlətlərin, təmsil olunduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sonu  görünməyən və əhəmiyyətsiz sülh danışıqları isə Ermənistanın işğal edilmiş ərazilərdə daha da möhkəmlənməsindən başqa bir şeyə yaramır. Hər şeydən göründüyü kimi, danışıqlar  masası üzərində olan heç bir palan, o cümlədən mərhələli həll planı, münaqişənin Azərbaycanı qənaət edəcək həllinə imkan verməyəcəkdir. Məlumdur ki, mərhələli həll planı əsasən aşağıdakıları nəzərdə tutur: 1.Dağlıq Qrabağ ətrafında işğal edilmiş ərazilərin uzun müddət ərzində  mərhələlərlə azad edilməsini (müxtəlif variantlarda).2. Dağlıq Qarabağın özünü idarə etməyəyə imkan verən yekun statusunun Azərbaycanın razılığı ilə, öz iradəsini ifadə etmə əsasında, başqa sözlə referendum yolu ilə,  müəyən edilməsini. Bu isə təmamilə  Azərbaycan Konstitusiyasına ziddir. 3. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin yaradılmsını. Bu təklifin mahiyyəti ondan ibarətdir ki, həmin dəhliz Azərbaycanın nəzarətində olmamalıdır və maraqlı tərəflərin əzəli Azərbaycan ərazisinə nəzarətsiz girişi təmin olunmalıdır!                        4. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun tanınmasını. Fikir verin, qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun  tanınmasından söhbət gedir, qayıtmalarından yox!                       5.Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatlarının verilməsini. Bu təklifin mahiyyəti ondan ibarətdir ki, onun qəbul edilməsi gələcəkdə Azərbaycanın Dağlıq Qarabağ üzərində süveren hüququqlarının hərb yolu ilə bərpa ediləcəyini istisna edir, başqa sözlə, Dağlıq Qarabağın əbədi itirilməsinə təminat verilir. Göründüyü kimi, mərhələli həll planı böyük anlamda Azərbaycanın Dağlıq Qarabağ üzərində qanuni hüquqlarının pərpasına təminat vermir. Ona görə də, Dağlıq Qarabağ da daxil olmaqla  işqal edilmiş ərazilərimizin azad ediləməsinin hərb yolunun alternativi yoxdur! Təbiidir ki, ərazilərin hərb yolu ilə azad edilməsi ciddi hazırlıq tələb edir. Fikrimizcə, ilk növbədə XİN-dən başlamaq lazımdır. Ermənistan XİN-in Azərbaycanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına Azərbaycan XİN-nin cavab bəyanatı  bir daha göstərdi ki, Xarici İşlər Nazirliyi çərçivəsində kadr islahatlarının aparılmasına, nazirliyin Azərbaycanın tarixinə dərindən bələd olan, azərbaycan dilini sərbəst, mükəmməl bilən vətənpərvər   kadrlarla  təminatına ehtiyac vardır.  XİN-nin Azərbaycan tarixinə bələd olmayan əməkdaşları heç olmasa Cənab Prezidentin çıxışlarını dərindən öyrənsinlər. Bununla yanaşı, hakimiyyət strukturları dövlətin daxili və xarici, xüsusilə hərbi, siyasətinə təsir gücünə malik olan erməni və rus pərəst məmurlardan, 5-ci kalon təmsilçilərindən  təmizlənməlidir.
Azərbaycan nazirliklərindən xalqla ən çox təmasda olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ancaq KİV-də yayılan məlumatlara görə bu nazirliyin fəaliyyəti vətəndaşların sosial müdafiəsinin təmin edilməsindən daha çox   onların dövətlətdən narazılığının artmasına zəmin yaradır. Bu xüsusilə pandemiya dövründə özünü biruzə verməkdədir. Pensiyaların təyin edilməsi, əlillərə, az təminatlı ailələrə təqaüdlərin müəyyən edilməsi, özünüməşğulluq proqramı çərçivəsində dövlət tərəfindən vətəndaşlara edilən yardımların verilməsi, işsizlərin məşğulluq xidmətlərində qeydə alınması  sahəsində  çoxsaylı qanun pozuntuları haqqında məlumatlar yayılmaqdadır. KİV-də yayılan məlumatlara görə hətta Gədəbəy rayonunda gözdən anadangəlmə əlil olan vətəndaşın təqüdünü kəsməkdən belə çəkinməyiblər. KİV-də yayılan bu tipli məlumatlar ciddi araşdırılmalı, vətəndaşla dövlət arasında narazılıq yarada biləcək bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.
Torpaqlarımızı işğadan azad etmək üçün Azərbaycanın kifayət qədər güclü hərbi qüvvəsi vardır. Ancaq,  Ermənistan üzərində qısa müddətdə qəti qələbənin qazanılması hərbi cəhətdən bir neçə dəfə üstünlük şərti ilə təmin edilə bilər. Ona görə də, ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində işlər daha sürətlə davam etdirilməli, bu sahədə dost ölkələrlə əməkdaşlıq genişləndirilməlidir. Fikrimizcə, maraqlı dost dövlətlərlə əsgəri mübadiləni nəzərdə tutan ikitərəfli hərbi müqavilələrin bağlanması da məqsədəuyğun olardı. Bu, Azərbaycanın Qoşulmayan ölkələr qrupunda təmsilçiliyinə zidd deyildir.
İqtidar-vətəndaş birliyinin təmin olunması və qorunması müharibə şəraitində qələbəni təmin edən əsas amillərdən biri  və birincisidir. Bu sahədə ölkəmizdə mövcud şəraiti qənaətbəxş hesab etmək olar. Ancaq nəzərə almaq lazımdır ki, korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, vətəndaçların hüququqlarının pozulması vətəndaşı dövlətdən narazı salır, qanunu kimin pozmasından asılı olmayaraq vətədaş təqsiri dövlətdə görür. Ona görə də, korrupsiya və rüvətxorluğa, qanun pozuntularına, məmur özbaşınalığına qarşı son dövrdə aparılan tədbirlər davamlı və şəffaf olmalı, kimliyindən asılı olmayaraq təqsirkarlar layiqli cəzalarını almalıdırlar.
Azərbaycan torpaqlarımızı hərb yolu ilə işğaldan azad etmək qərarına gəldikdə (biz buna qəti olaraq inanırıq!) şimaldan və cənubdan kimlərlə həmsərhəd olduğumuzu da nəzərdən qaçırmamalıdır. Bu o qədər də asan məsələ olmasa da, mümkünsüz də deyildir. Xalqına güvənən dövlətimizin bunun öhdəsindən bacarıqla gələ biləcəyinə əminik.
         

      İnanırıq ki, tezliklə işğala son qoyulacaq, Qarabağ bizimdir, bizim olacaq!

 


 


NUH informasiya agentliyi səhifəsindən çap edilib