Dərc edilib: 21-06-2020

https://www.nuh.az/24698-.html

Deputat: "Koronovirusa görə tibbi yoxlamadan keçdim, nəticəsi hələ bəlli deyil"

21.06.2020 20:29:29

Hadisə

"Bu gün mən də koronovirusa görə tibbi yoxlamadan keçdim, nəticəsi hələ bəlli deyil. Yəqin ki, nəticəsi barədə sabah bizə məlumat veriləcək".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib. 


Deputat deyib ki, onunla bərabər digər millət vəkilləri də Milli Məclisdən tibbi yoxlamadan keçiblər:


"İnşallah hər şey yaxşı olacaq. Nə qədər deyilənlərə çox əməl edilsə, bu xəstəlik də bir o qədər tez bitəcək"


E.Nəsirov sosial şəbəkələrdə ona koronovirusa yoluxmağı arzu edənlərə də cavab verib:

 

"Bunu arzu edənlər və yazanlar gec-tez Allahın qəzəbinə düçar olacaqlar. Həmin insanlar onsuz da bədbəxt günə düşüblər ki, bu cür mənasız fikirlər səsləndirirlər. Ümumiyyətlə, mən radikal müxalifətin nümayndələrinə belə koronovirusa yoluxmasını arzulamıram". 

 

 

 

  

 

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib