Dərc edilib: 22-06-2020

https://www.nuh.az/24719-.html

Sibirdə son 135 ildə...38 dərəcə isti

22.06.2020 22:30:14

Maraqlı

Sibirin şimal şərqində yerləşən Verxonyansk qəsəbəsində havanın istiliyi 38 dərəcəyə çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu, bölgədə 1885-ci ildən bəri qeydə alınan ən yüksək temperaturdur. Mütəxəssislər buranın dünyanın digər hissələrindən 2 qat daha sürətlə isindiyinə diqqət çəkir.
Paytaxt Moskvanın 4800 kilometr şərqində yerləşən qəsəbə dünyanın ən soyuq bölgələri sırasında yer alır. Burada termometrlər tez-tez mənfi 50 dərəcəni göstərir. 1892-ci ildə isə mənfi 67,8 dərəcə temperatur qeydə alınıb.
Alimlər bu qeyri-adi vəziyyətin çox böyük bir sahəni əhatə edən və "istilik qübbəsi" olaraq bilinən yüksək təzyiqdən qaynaqlandığını deyirlər.
Qeyd edək ki, bu ilin əvvəllərində Sibirdə müşahidə edilən rekord istilər torpaq təbəqəsinin (permafrost) donunun açılmasına səbəb olmuş, bölgədə görülməmiş şəkildə erkən meşə yanğınları başlamışdı.
 
Alyaska və Skandinaviyada son illərdə artan meşə yanğınlarında donmuş torpaq təbəqəsinin əriməsi atmosferə böyük miqdarda parnik qazların yayılmasına səbəb olur. Meşə yanğınları həmçinin dəniz buzlarının tutduğu sahələrin və qalınlıqlarının da azalmasına yol açır.
Xatırladaq ki, bir müddət öncə Sibirin Norilsk bölgəsində permafrostun əriməsi nəticəsində bir elektrik stansiyasının yanacaq çəni çöküb və Ambarnaya çayına 20 ton dizel axıb. Bunun Rusiyanın şimal qütb bölgəsində indiyədək müşahidə edilmiş ən böyük sızıntı olduğu bildirilir.
    

NUH informasiya agentliyi səhifəsindən çap edilib