Dərc edilib: 23-06-2020

https://www.nuh.az/24723-.html

İradə Gülməmmədovanın arxasında Zakir Fərəcov dayanır - Tanınmış hüquqşünas

23.06.2020 10:22:25

Region

“Abşeron Rayon İcra Hakimiyyətinin hansısa xırda məmurları həbs edilib. Əgər söhbət İcra hakimiyyətinin ikinci, üçüncü, beşinci ranqlı məmurlarından gedəcəksə, bunun adı baş qatmaq, imitasiya olacaq, çünki əvvəllər konkret faktları göstərməklə İcra başçısı İradə Gülməmmədovanın rayonda baş verən bütün cinayətlərin başında durduğunu yazmışdım. Həmin yazımı da hüquq mühafizə orqanlarının rəhbərlərinə ünvanlamışdım. Üstündən bir neçə ay keçsə də, bu günə qədər heç bir tədbir görülməyib”.



Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.


İradə Gülməmmədovanın arxasında dayanan Zakir Fərəcov çox güclü adamdır - Tanınmış hüquqşünas


“Abşeron rayonu ərazəsinində əkilmiş yüzlərlə ağacların susuzluqdan quruması şəkillərini gördüm. Bir daha başa düşdüm ki, İradə Gülməmmədovanın arxasında dayanan Sumqayıtın İcra başçısı Zakir Fərəcovdur. Elə olmasa, ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə əkilmiş ağaclar susuzluqdan qurumazdı"- A.İsmayılov qeyd edib.

 
İradə Gülməmmədovanın arxasında dayanan Zakir Fərəcov çox güclü adamdır - Tanınmış hüquqşünas

NUH informasiya agentliyi səhifəsindən çap edilib