Dərc edilib: 24-06-2020

https://www.nuh.az/24745-.html

Fazil Məmmədovun böyük həcmdə vergi borcu var – ŞİRKƏTLƏRİNİN SİYAHISI

24.06.2020 15:27:11

Maqazin

2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group”un və bu holdinqəa daxil olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.


 “Synergy Group”un adı uzun illər mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub. 

“Synergy Group” və bu qrupa daxil olan şirkətlərin vergi borcları aşağıdaki kimidir:


  Şirkətin adı Hüquqi ünvanları Vergi borcu
1 “Synergy Group” MMC Z. Əliyeva, ev 55 54 568,04
2 “AAC” MMC S. Rüstəm, ev 9, m 2. 34 435,29
3 “Cybernet” MMC Xətai pr, ev 16 15  298,70
4 “AZORCHİD HOTELS” MMC S. Rüstəm, ev 9, m 1 11 839,50
5 “Bestpack” MMC H. Əliyeva pr., ev 2 7 520,23
6 “Syac” Körpələr Evi-Uşaq Bağçası MMC Z. Əliyeva, ev 55 4 442,87
7 “Synergy Architecture” MMC S. Rüstəm, ev 9 2 863,89
8 “Synergy Hospitality” MMC Z. Əliyeva, ev 55, m 23 871,32
9 “Synergy CSR” MMC Z. Əliyeva, ev 55 686,62
10 “Synergy Property” MMC Z. Əliyeva, ev 55 659,82

 

Məlumat üçün bildirək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.

1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib. 1993-cü ildə “Ünsal” Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.

Maraqlıdır ki, 50 milyon manat nizamnamə kapitalı olan və istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi kimi onlarla sahədə geniş fəaliyyəti olan “Synergy Group” Fazil Məmmədov nazir vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra fəaliyyətsiz olub. “Synergy Group”un rəsmi veb-səhifəsinə (www.synergygroup.az) daxil olub bunu asanlıqla görmək mümkündür. 2018-ci ilin avqust ayından sonra şirkətin rəsmi veb-səhifəsinə heç bir məlumat daxil edilməyib.

Onu da bildirək ki, yuxarıda adı qeyd olunan vergi borcu olan şirkətlərdən başqa “Synergy Group”a aşağıdaki şirkətlər də daxildir:

– “Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;
– “Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “B.N.M.” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
–  “Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
– “Khazar-Turizm” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
– “Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
– “Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
– “Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
– “Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
– “Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
–  “Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
–  “Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
–  “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
–  “Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
–  “Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%; /Yeniavaz.com/

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib