Dərc edilib: 24-06-2020

https://www.nuh.az/24749-.html

Bizim öz kitabımız yoxdur ...

24.06.2020 19:51:48

Cəmiyyət

Raset Pirisoyu    

 

Mən əvvəlki yazılarımda bir neçə dəfə yazımışam; Azərbaycan xalqının dörd kitabı var; Dədə Qorqud kitabı, Nizami кitabı, Füzüli kitabı, Axundov kitabı.

 
Amma bütövlükdə bir xalq olaraq bizim kitabımız yoxdur.

 
Ətrafımızda olan xalqların hamısının kitabı var. Məsələn, farsların kitabı min il bundan əvvəl yazılıb. Bu, Firdovsinin «Şahnamə»sidir. Ruslar öz kitablarını XVII -XVIII əsrlərdə yaratmağa başladı. Bu prosesdə kimlərin iştirak etməsindən asılı olmayaraq, bu kitabın müəllifi Puşkindir. Yazıçı olmasa da, ermənilərin kitabını İsrael Ori yaradıb; o haylara dillərində olmayan bir sözü “erməni” sözünü ad da seçib. Və erməniləri başa salıb ki, dövlət qurmaq istəyirsənsə, böyük dövlətlərə yarınmalısan və öz şəxsində bunun nümunəsini göstərib.
Nəticəsi də göz qabağındadır.
Türklər Osmanlı imperiyası kimi nəhəng bir dövlət qursalar da, hələ bu vaxta qədər öz kitablarını yarada bilməyib. Hər halda mən belə düşünürəm.
Amma, məsələn yəhudilərin 2000 min ildən çox dövləti olmayıb, amma kitabları olub, o kitab yəhudiləri bütün zamanlardan keçirib, nəticədə İsrail dövləti meydana çıxıb.
Ortada dörd kitabımızın olmasına baxmayraq, amma bizim öz kitabımız yoxdur. Çünki biz xalq olaraq parçalanmış xalqıq. Biz parçalınmış xalqın kitabını yaratmalıyıq. Elə buna görə də qarşımıza hər hansı problem çıxanda özümümüzü itirib dururuq.
Məsələn, təsəvvür edin bizim Qarabağ problemi ermənilərin, farsların, rusların qarşısına çıxıb, onlar nə edərdilər? Çox şey edərdilər, onlar Qarabağ problemindən öz kitablarına uyğun elə bir şey yaradardılar ki, bütün dünya onların yaratdığı o şeyin əlində aciz - avara qalardı
Biz isə təkcə faciə kimi deyil, həm də bəxtimizə düşən şans kimi Qarabağ problemindən istifadə etməliyik. Bunun üçün cəmiyyətdə ideyaların müzakirəsinə imkan yaratmaliyiq. İndi bizdə ideyaların müzakirəsi imkanları sıfıra bərabərdir.
Qaragüruhla irticanın əlində girinc qalan xalq indikindən də ağır vəziyyətə düşə bilər.
Əslində biz meyidini ortada qoyduğumuz AXUNDOVUN ideyaları hesabına dövlət qurmuşuq. Doğrudur, Axundovun ideyaları dünyada vardı, amma o ideyaları ilk dəfə Axundov azərbaycanli kimi nəzərdən keçirə bildi, başqa sözlə azərbaycanlılaşdırdı, Nəticədə XX əsrin əvvəllərində kəmiyyətcə kiçik, keyfiyyətcə nəhəng azərbaycanlı hərəkatı meydana çıxdı, Azərbaycan Cümhuriyyəti yarandı. Yeni yanaşmalar, ideyalar və ideyaların müzakirəsi olmadan biz öz torpaqlarımızı, öz vətənimizi, ən nəhayət öz özümüzü xilas edə bilməyəcəyik.

 


 


NUH informasiya agentliyi səhifəsindən çap edilib