Dərc edilib: 25-06-2020

https://www.nuh.az/24760-.html

“Rahat” marketin işçiləri bir birini bıçaqladı

25.06.2020 11:44:13

LIVE

Bakıda yerləşən “Rahat” supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. “Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib. 

Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hazırda Narimanov RPİ-də istintaq davam etdirilir.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib