Dərc edilib: 25-06-2020

https://www.nuh.az/24769-.html

Kamran Əliyev İsmət Qayıbovun oğluna vəzifə verdi

25.06.2020 15:43:08

Region

Baş prokuror Kamran Əliyev kadr islahatları ilə bağlı yeni əmr imzalayıb.


"Qafqazinfo"nun verdiyi xəbərə görə, K. Əliyevin əmri ilə İsmayıl Qayıbov Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

İsmət Qayıbov Azərbaycanın ilk Baş prokuroru olub. O, 1991-ci il noyabrın 20-də Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olub.

  

NUH informasiya agentliyi səhifəsindən çap edilib